"Qayıdış Haqqı" yürüşlərinin 40-cı cüməsində 32 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333789-qayıdış_haqqı_yürüşlərinin_40_cı_cüməsində_32_yaralı
Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam Qəzzə zolağında keçirilən böyük "Qayıdış Haqqı" yürüşünün 40-cı cüməsində 32 nəfərin yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2019 07:59 Asia/Baku
  • "Qayıdış Haqqı" yürüşlərinin 40-cı cüməsində 32 yaralı

Fələstinin Səhiyyə Nazirliyi cümə günü axşam Qəzzə zolağında keçirilən böyük "Qayıdış Haqqı" yürüşünün 40-cı cüməsində 32 nəfərin yaralanmasından xəbər verib.

Əl-Aləm kanalının bildirdiyinə görə, "Qayıdış Haqqı" yürüşünün 40-cı cüməsi "Fələstinli əsirlər tək deyillər" adı altında qeyd olunub. 

Sionist rejim hərbçiləri fələstinlilərə qarşı zorakılıqlarının davamında döyüş güllələrindən istifadə etməklə y anaşı, gözyaşardıcı qazdan da istifadə ediblər. 

Fələstinlilərin "Qayıdış haqqı" yürüşləri 30 mart 2018-ci il tarixindən başlayaraq, davam edir. 30 mart fələstinlilər tərəfindən "Torpaq günü" kimi qeyd olunur. 

"Qayıdış Haqqı"  yürüşlərində indiyə kimi 260 fələstinli şəhid olub, 27 min nəfər isə yaralanıb.