Yəmənlilər öz torpaqlarında əcnəbi qüvvələrin iştirakını qəbul etmirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333901-yəmənlilər_öz_torpaqlarında_əcnəbi_qüvvələrin_iştirakını_qəbul_etmirlər
Yəmən xarici işlər nazirliyi bir bəyanatda bildirib ki, bu ölkə xalqı öz torpağında hər cür xarici qüvvənin iştirakı ilə müxalifdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2019 06:19 Asia/Baku
  • Yəmənlilər öz torpaqlarında əcnəbi qüvvələrin iştirakını qəbul etmirlər
    Yəmənlilər öz torpaqlarında əcnəbi qüvvələrin iştirakını qəbul etmirlər

Yəmən xarici işlər nazirliyi bir bəyanatda bildirib ki, bu ölkə xalqı öz torpağında hər cür xarici qüvvənin iştirakı ilə müxalifdir.

Yəmən xarici işlər nazirliyi İngiltərənin Yəməndəki səfiri Maykl Aronun son sözlərini pisləyərək, bildirib ki, suverenliyin qorunması siyasi və xəlqi bir istək sayılır.

İngiltərənin Yəməndəki səfiri Maykl Aron son zamanlar Əlcəzirə telekanalı ilə müsahibədə iddia etmişdi ki, Ərəbistana və əmirliklərə silah satışı Yəməndə savaşın baş verməsinin səbəbi deyildir.

Aron həmçinin vurğulamışdı ki, təcavüzkar qüvvələrin Yəməndə qalmaları və ya bu ölkədən çıxmaları barədə qərar bu ölkənin istefa vermiş hökumətinin üzərinə düşür.