Sionist rejim indi də Əl-Müğəyri işğal etmək istəyir
-
Əl-Müğəyr kəndinin sakinləri
İsrail rejimi Fələstin ərazilərinin işğal edilməsi və əhalinin tərkibinin sionistlərin xeyrinə dəyişdirilməsi siyasətinin davamında indi də Ramallayın şimal-şərqində yerləşən Əl-Muğəyr kəndinin ərazisini müsadirə etmək və orada yeni qəsəbə salmaq niyyətindədir.
Silahını namaz qılmaqla məşğul olan insanlara tuşlayaraq, atəş açan əsgərdən daha zalım kim ola bilər?
Bu hadisə Ramallahın şimal-şərqində, Əl-Müğəyr kəndində baş verib.
İsrail hərbçiləri ərazilərinin müsadirə edilməsinə mane olmaq istəyən fələstinlilərin cümə namazı qılmalarına mane olmağa çalışıblar.
Sionist hərbçilərin bütün zorakılıqlarına baxmayaraq, fələstinlilər cümə namazında iştirak edərək, işğalçılıq siyasətinə qarşı mübarizədən əl çəkməycəklərini bildiriblər.
Səmir Əbu Ülya – Əl-Müğəyr Kənd Şurasının sədr müavini: “İsrail hərbçiləri kənd sakinlərinin cümə namazında iştirakına mane olmağa çalışdılar. Amma, biz namazda iştirak etdik və əhali cümə namazında iştiraka təkid edir. Çünki, təslim olarsaq, bunun nəticəsi acınacaqlı olacaq.”
Bu arada fələstinli əsirləri himayə üzrə 20 təmas nöqtəsində sionist rejim hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib. Fələstinli əsirlər son günlər Ufər zindanında işğalçı rejimin işgəncələri və vəhşiliklərinin hədəfinə çevriliblər.
Fələstinlilər İsrailhərbçiləri ilə birbaşa qarşıdurmalarda tam aydın və uca səslə bildirdilər ki, fələstinli əsirlər onların qırmızı xəttidir və bu məsələ müzakirə mövzusu ola bilməz.
Əmin Şuman – Fələstinli Əsirlər Ali Komitəsinin sədri: “Fələstin ərazisində və toqquşmaların baş verdiyi hər yerdə yaşanan hadisələr fələstinli əsirlər məsələsinin Fələstin xalqının qırmızı xətti olduğuna dəlalət edir. Fələstin xalqı işğalçı rejimin və onun zindan işçilərinin əsirlər ilə kobud davranmasına, onları incitməsinə, işgəncə verməsinə icazə verməyəcək.”
Fələstinli əsirlər məsələsi istənilən zaman Fələstin ərazilərində vəziyyəti qarışdıra bilər.
Bu həftəki qəzəb cüməsində fələstinlilər tam aydın formada işğalçı rejimin başçılarına bildirdilər ki, əsirlərə qarşı zorakılıq odla oynamaq deməkdir. Fələstinlilər həmçinin, ərazilərinin müsadirə edilməsi ilə heç vaxt barışmayacaqlarını və lazım gələrsə, canlarından belə keçməyə hazır olduqlarını bildiriblər.