Səud hərbçilərinin Qətif-ə hücumunda beş nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333916-səud_hərbçilərinin_qətif_ə_hücumunda_beş_nəfər_ölüb
Səud hərbçiləri Ərəbistanın şərqində yerləşən əl-Şərqiyyə əyalətinin Qətif şəhərindəki məntəqələrə basqın edərək, beş Ərəbistan vətəndaşını öldürüb, bir qrup insanı da yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2019 13:39 Asia/Baku
  • Səud hərbçilərinin Qətif-ə hücumunda beş nəfər ölüb
    Səud hərbçilərinin Qətif-ə hücumunda beş nəfər ölüb

Səud hərbçiləri Ərəbistanın şərqində yerləşən əl-Şərqiyyə əyalətinin Qətif şəhərindəki məntəqələrə basqın edərək, beş Ərəbistan vətəndaşını öldürüb, bir qrup insanı da yaralayıblar.

Səud hərbçiləri dünən "təqib olunan şəxslərin axtarışı" bəhanəsilə Qətif-də yerləşən əl-Cəş və Ummulhəmmam məntəqələrinə hücum ediblər. Onlar bu məntəqələri mühasirəyə alaraq, iki mülki şəxsi də həbs ediblər.

Səud hərbçiləri ötən ilin 9 dekabrında da şiəsakinli Qətif şəhərinin iki məntəqəsindəki yaşayış məhəllələrinə basqın edərək, beş sivili öldürmüş, iki nəfəri də yaralamışdılar.

Ərəbistanın Qətif şəhəri daim ali-səud hərbçilərinin hücumlarına məruz qalır. İndiyədək bu məntəqə sakinlərindən onlarla nəfər ölüb, həmçinin hüquq və siysət fəallarından və vətəndaşlardan yüzlərlə nəfər də həbs olunubdur.