Fev 04, 2019 11:18 Asia/Baku
  • Qəzzədə daha bir fələstinli şəhid edilib
    Qəzzədə daha bir fələstinli şəhid edilib

Fələstinin Səhiyyə Nazirliyi Qəzzənin şimalında fələstinli bir gəncin şəhid olmasından xəbər verib.

Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, Səhiyyə Nazirliyinin zöüçsü Əşrəf Qədrə bazar günü deyib: ötən çərşənbə axşamı Qəzzənin şimalında keçirilən dəniz yürüşü zamanı İsrail hərbçilərinin atəş açması nəticəsində yaralanan Əhməd Qazi Abbas Əbu Cəbəl adlı fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub. 

Qəzzədə dəniz yürüşləri artıq bir neçə aydır ki, davam edir. Bu yürüşlər böyük "Qayıdış Haqqı" yürüşləri çərçivəsində keçirilir. 30 mart 2018-ci ildən başlayaraq keçirilən Qayıdış Haqqı yürüşləri Qəzzənin mühasirəsinə son qoyulması və fələstinlilərin öz torpaqlarına qayıtmaları tələbi ilə keçirilir. 

İsrail hərbçiləri Qayıdış Haqqı yürüşündə iştirak edən fələstinliləri döyüş silahlarından istifadə edərək, hədəfə alırlar. 

İndiyə kimi bu yürüşlərdə 260 nəfər şəhid olub, 27 min nəfər də yaralanıb. 

Teqlər