Yəmənlilər Ərəbistanın bir ədəd PUA-sını vurdular
-
Yəmənlilər Ərəbistanın bir ədəd PUA-sını vurdular
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın bir ədəd pilotsuz uçan aparatını vuraraq, yerə salıblar.
Yəmənin Əl-Məsirə informasiya kanalının bildirdiyinə görə, Yəmən ordusu və xalq qüvvələri bazar günü Ərəbistanın cənubunda Səudiyyə qüvvələrinin mövqeyinə hücum edərək, onların bir ədəd PUA-sını vurub, çoxlu miqdarda silah və hərbi sursat ələ keçiriblər.
Bu əməliyyat zamanı Ərəbistan ordusu və hərbi təchizatlarına da xeyli zərər və ziyan vurulub.
Yəmənlilərin hava hücumundan müdafiə sistemləri indiyə kimi Ərəbistanın onlarla PUA-sını vurub. Vurulan PUA-lar arasında ABŞ istehsalı olan "MQ-9 Riper" də var.
Digər tərəfdən Ərəbistan ordusunun bazar günü Yəmənin Sədə məntəqəsinə olan hücumlarında bir mülkini öldürüblər.
Yəmənin Sədə vilayətində yerləşən Kətaf şəhəri də bazar günü Səudiyyə ordusunun hava hücumlarına məruz qalıb.
Ərəbistan 2015-ci ilin martından ABŞ və Avropa ölkələrinin dəstəyi ilə Yəmənə qarşı hərtərəfli savaşa başlayıb.
Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməni mühasirədə saxlaması bu yoxsul ölkəni humanitar faciəyə sürükləyir.