BMT Əl-Hüdəydə barədə anlaşmaya ciddi yanaşmır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i334017-bmt_Əl_hüdəydə_barədə_anlaşmaya_ciddi_yanaşmır
BMT-nin yəmənli qrupların Əl-Hüdəydə vilayətində müzakirəsini təşkil edə bilməməsi bu beynəlxalq təşkilat üçün bir fiaskoya çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2019 15:56 Asia/Baku
  • Əl-Hüdəydə limanı - Yəmən
    Əl-Hüdəydə limanı - Yəmən

BMT-nin yəmənli qrupların Əl-Hüdəydə vilayətində müzakirəsini təşkil edə bilməməsi bu beynəlxalq təşkilat üçün bir fiaskoya çevrilib.

Yəmənli qrupların nümayəndələri BMT-nin xüsusi nümayəndəsi Patrik Kamertin nəzarəti altında Qırmızı dənizdə bir gəmidə görüşərək, müzakirə aparıblar. Ərəbistanın əlaltısı olan Mənsur Hadinin əl-Hüdəydə şəhərində keçirilməsinə icazə vermədiyi bu görüşdə Yəmənlilər hərbi qüvvələrin Əl-Hüdəydə vilayətindən çıxarılması və humanitar fəaliyyətlərə şəraitin yaradılması haqda danışıqlar aparıblar. Hələ ki, müzakirələrin nəticəsinə dair məlumat yayılmayıb. Amma, müzakirələrlə bir vaxtda Ərəbistanın tabeliyində olan muzdlu qüvvələr Əl-Hüdəydə hava limanını, şəhər xəstəxanasını, Xəmsin məntəqəsini və bir sıra digər yaşayış məntəqəsini minaatanlarla hədəfə alıblar.

 

Siyasi analitik Həsən Əl-Vəriz “BMT-nin bu iclası Əl-Hüdəydə şəhərində keçirə bilməməsi, onun acizliyindən xəbər verir. Bu məsələdən aydın olur ki, BMT Əl-Hüdəydə ilə bağlı əldə olunmuş anlaşmaların icrasında ciddi deyil.”

 

Ərəbistanın hücumlarının davam etməsinə cavab olaraq, Ərəbistan ilə sərhəd məntəqədə yerləşmiş Yəmən ordusu və xalq qüvvələri Cizan vilayətinin bəzi məntəqələrini habelə, Ərəbistanın bir hərbi bazasını hədəfə alıblar. Bu hücumlarda bir neçə səudiyyə hərbçisini məhv edən yəmənli qüvvələr Ərəbistana məxsus bir ədəd pilotsuz uçan aparatı da vurublar. Bəzi mənbələr də yəmənli qüvvələrin Cizanda bir neçə həssas nöqtəyə nəzarəti ələ keçirməsindən xəbər veriblər.

 

Hərbi ekspert Abid Əs-Sur: “Yəmənli qüvvələrin hərbi əməliyyatlarının təqribən 70%-i Ərəbistan ilə sərhəd məntəqələrdə həyata keçirilir. Ərəbistan ərazisi yəmənlilər üçün əsas hədəf hesab olunur. Çünki, Yəmənin sərhəd məntəqələri məhz bu ərazilərdən hücuma məruz qalırlar. Yəmənli qüvvələrin son günlər Cizan və Nəcrandakı əməliyyatları çox geniş və önəmli əməliyyatlar olub.”

 

Yəmən vətəndaşı: “Yəmənli qüvvələr Ərəbistan ərazilərini öz hücumlarının başlıca hədəfinə çeviriblər. Təcavüzkarlar nə qədər çox təzyiqə məruz qalarlarsa, bir o qədər tez anlaşmaya razı olarlar.”

 

Digər tərəfdən təcavüzkarlara bağlı mediaların ifşa etdiyinə görə, Mənsur Hadinin qondarma hökumətində silahlı qüvvələrin baş qərargah rəisinin müavini general-mayor Saleh Əl-Zəndani bir ay öncə yəmənli qüvvələrin hücumları zamanı aldığı yaraların ağırlığı üzündən həlak olub.