İordan çayının qərb sahilində onlarla fələstinli həbs edildi
Fev 05, 2019 15:27 Asia/Baku
-
İordan çayının qərb sahilində onlarla fələstinli həbs edildi
İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum və bir qrup fələstinlini həbs ediblər.
Fələstin İnformasiya Mərkəzinin bildirdiyinə görə, İsrail hərbçiləri ötən gecə və bu gün səhər Beyt Ləhm, Nablos, Ramallah və Cənin şəhərlərinə hücum və 25 fələstinlini həbs ediblər.
Fələstinin Əsirlər Heyətinin bildirdiyinə görə, sionistlərin fələstinli əsirlərin ailə üzvlərini həbs etmələri fələstinlilərin kütləvi cəzalandırılmalarının nişanəsidir.
Fələstinin müxtəlif şəhərləri xüsusilə Ramallah və Qüds sionistlər ilə fələstinlilər arasında ciddi toqquşmaların şahididir.
Bu məlumata görə, ötən gecə sionistlər ilə fələstinlilər arasında çıxan toqquşmalarda bir fələstinli şəhid olub, onlarla nəfər də yaralanıb.
Teqlər