Ənsarullah: ABŞ rəsmilərinin Yəməndəki silahlarına dair açıqlamaları informasiya rüsvayçılığıdır
Yəmənin Ali İnqilab Komitəsinin sədri bir bəyanat yayaraq, ABŞ rəsmilərinin bu ölkə silahlarının Yəməndə üçüncü tərəf üçün göndərilməsinə dair açıqlamalarını informasiya rüsvayçılığı adlandırıb.
İSNA-nın məlumatına görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi ABŞ-ın hərbi komandanlarının Yəməndə üçüncü tərəfə silahın göndərilməsinə dair açıqlamasını bu ölkənin Yəmən müharibəsindəki birbaşa iştirakının nişanəsi adlandırıb və deyib: Amerikalıların bu açıqlaması onların Yəmən xalqının qırğın edilməsindəki məsuliyyətini azaltmır.
Məhəmməd Əli Əl-Husi dünya ictimaiyyətinin ABŞ-ın Yəməndə müharibənin başa çatması və sülhün bərqrərar edilməsi ilə müxalif olduğundan xəbərdar olduğunu deyərək, əlavə edib: ABŞ-ın hərbi komandanlarının Yəməndəki silahların hamısının üçüncü tərəfin əlinə keçdiyinə dair dedikləri ABŞ-ın rüsvayçılığını azaltmır.
ABŞ-ın mərkəzi qərargahının komandanlarından olan general Cozef Votel bundan öncə Amerikan istehsalı olan silahların Yəməndə Əl-Qaidə terrorçularına və Ənsarullah qüvvələrinə gndərilməsinə dair xəbərlərə reaksiya olaraq, ABŞ-ın Ərəbistan və ya Birləşmiş Ərəb Əmirliklərinə Amerikadan aldıqları silahları Yəməndə üçüncü bir tərəfə vermək icazəsi verməyib.
Beynəlxalq Amnistiya Təşkilatı da bu gün çərşənbə bir bəyanat yayaraq bildirib: Birləşmiş Ərəb Əmirlikləri Amerika və Avropadan aldığı silahları Yəməndə müharibə cinayəti törətməklə məşğul olan yarım-hərbçilərə göndəriblər.