İşğalçı ABŞ hərbçilərinin İraq şəhərlərindəki təhrikedici aktivliyi
-
İşğalçı ABŞ hərbçilərinin İraq şəhərlərindəki təhrikedici aktivliyi
İraqdakı işğalçı amerikan qüvvələrin təhrikedici hərəkətləri son günlər gözəçarpacaq dərəcədə artıb. Baxmayaraq ki. nə İraq nə də Amerika rəsmən bu xüsusda hansısa açıqlama vermirlər. Səbəblər naməlumdur. Amma, bu məsələ ABŞ-ın İraqda yeni bir plana malik olmasından xəbər verir. Bu da İraq xalqının qəzəbinə və nigaranlığına səbəb olub.
İraq vətəndaşı: "Amerikan hərbçilərin və beynəlxalq koalisiya qüvvələrinin İraqdakı iştirakı qəbuledilməzdir. Onlar İraqın sərvətini qarət edir və korrupsiyaya rəvac verirlər."
Bir başqa İraq vətəndaşı isə deyir: "Hazırda amerikalı hərbçilərin İraqda olmasına ehtiyacımız yoxdur. Onlar İraqı tərk etməlidirlər. Ölkənin taleyini xalq özü müəyyən etməlidir. Onların İraqdakı varlığı problemlər yaradır."
Partiyalar və siyasi qruplar da Amerikalı hərbçilərin ölkədən getməsini istəyirlər. Siyasi müşahidəçilərin bildirdiklərinə görə, amerikalı qüvvələr İraqdakı siyasi qruplar arasındakı bəzi fikir ayrılığından sui-istifadə edərək, ölkənin siyasi məsələlərinə müdaxilə etməyə çalışırlar.
İraq Parlamentinin üzvü Əhməd Əl-Kənani: "Əcnəbi qüvvələrin o cümlədən ABŞ hərbçilərinin İraqdakı iştirakı qanunvericilik orqanı yəni Parlamentin icazəsi olmadan, tamamilə qanunsuz və milli hakimiyyətə zərbə sayılır."
Camal Tai - Hərbi məsələlər üzrə analitik: "Amerikalılar öz fəaliyyətləri üçün bəhanələr uydururlar. bunun səbəbi siyasi boşluq, siyasi problemlər, daxili ixtilaflar, Suriyadan çıxmaq və qüvvələri müəyyən bir yerə toplamaqdır."
İşğalçı ABŞ qüvvələri 3 hərbi bazada yerləşiblər. Onlardan ən önəmlisi Eynül Əsəd bazasıdır. İraqda 5 mindən çox ABŞ hərbçisi var və onların nə işlə məşğul olduqları aydın deyil.
ABŞ hərbçilərinin İraqdakı qanunsuz varlığı bu gün siyasi və ictimai dairələrin geniş etirazına səbəb olub. Eyni zamanda amerikalı hərbçilərin İraqdakı varlığı beynəlxalq qanunlara da ziddir.