Ötən bir ayda on bir fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i334168-Ötən_bir_ayda_on_bir_fələstinli_şəhid_olub
Sionist hərbçilər ötən bir ayda on bir fələstinlini şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2019 05:21 Asia/Baku
  • Ötən bir ayda on bir fələstinli şəhid olub

Sionist hərbçilər ötən bir ayda on bir fələstinlini şəhid ediblər.

"Quds Press"in məlumatına əsasən, sionist hərbçilər 2019-cu ilin ilk ayında İordan çayının qərb sahilində beş, Qəzzə zolağında isə altı fələstinlini şəhid ediblər.

Bu məlumata görə, həmçinin sionist rejim ordusu və sionist qəsəbə sakinləri tərəfindən 1200 fələstinli yaralanıbdır.

Həmçinin ötən bir ayda 35 fələstinli məkan və təsisat, o sıradan on mənzil dağıdılıb və otuz mənzil də dağıdılmaq barədə xəbərdarlıq alıbdır.

Sionist rejim 38 fələstinli şəhidin cənazəsini girov götürüb və onları öz ailələrinə təhvil verməkdən boyun qaçırır.