Ərəbistan ötən 48 saat ərzində Əl-Hüdəydə atəşkəsini 267 dəfə pozub
-
Ərəbistan ötən 48 saat ərzində Əl-Hüdəydə atəşkəsini 267 dəfə pozub
Yəmənin silahlı qüvvələrinin sözçüsü dünən gecə verdiyi açıqlamada Səudiyyə koalisiyasının ötən 48 saat ərzində Yəmənin qərbində yerləşən Əl-Hüdəydə şəhərində atəşkəsi 267 dəfə pozduğunu bildirib.
İRİB-nin verdiyi məlumata görə, Yəhya Səri Ərəbistanın başçılıq etdiyi koalisiyanın heç vaxt atəşkəs anlaşmasına sadiq qalmadığını deyərək, əlavə edib: Əl-Hüdəydə vilayətində atəşkəsin intensiv olaraq pozulması təcavüzkarların müharibənin davam etməsi və Yəmən xalqının ağrı və acılarının artması istəyindən xəbər verir.
Əl-Hüdəydə şəhərində atəşkəslə bağlı anlaşma İsveçrədə yəmənli qruplar arasındakı müzakirələrin sonunda əldə olunub və 18 dekabrdan qüvvəyə minib. Amma, Ərəbistan koalisiyası bu anlaşmaya heç vaxt sadiq qalmayıb.
Əl-Hüdəydə liman şəhəri humanitar yardımların Yəmənə çatdırılması üçün əsas giriş nöqtəsi sayılır.