Yəmənlilər Ərəbistanın cənubunda raket və artilleriya əməliyyatları keçiriblər
-
Yəmənlilər Ərəbistanın cənubunda raket və artilleriya əməliyyatları keçiriblər
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket və artilleriya bölmələri dünən gecə müştərək bir əməliyyatda səud muzdurlarının Ərəbistanın cənubundakı Əsir əyalətində yerləşən Ələb keçidinin yaxınlığındakı toplaşma məkanını hədəfə alıblar.
Yəmənin əl-Məsirə telekanalı bildirib ki, bu əməliyyatda səud muzdurları ağır tələfat və xəsarətlərə düçar olublar.
Yəmənin ordusu və xalq komitələri qüvvələri bu əməliyyatda yerli "Zəlzal-1" raketlərindən istifadə ediblər.
Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən həmçinin bu ölkənin əl-Hudəydə əyalətində, eləcə də Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərinin əl-Suh məntəqəsində təcavüzkar səud koalisiyasının iki ədəd casusluq pilotsuzunu vurmağa müvəffəq olublar.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.