Əbdulməhdi: İraq hərbi bazanı və xarici diktəni qəbul etmir
-
Əbdulməhdi: İraq hərbi bazanı və xarici diktəni qəbul etmir
İraqın baş naziri dünən Bağdadda ABŞ müdafiə nazirliyinin başçısı Patrik Şanahan ilə görüşdə vurğulayıb ki, İraq bu ölkədə xarici hərbi bazanın yaradılmasına qarşıdır.
Adil Əbdulməhdi deyib ki, İraq müstəqil qərarlar çıxarır və heç bir tərəfin təsiri altına düşməyəcəkdir.
İraqın baş naziri deyib: İki ölkə arasındakı təhlükəsizlik razılaşmasına görə, İraqdakı amerikalı qüvvələrin tapşırığı yalnız terrorizmlə mübarizə və iraqlı qüvvələrə təlimdən ibarətdir və onda heç bir digər hal mövcud deyildir.
Əbdulməhdinin bu sözləri ABŞ prezidenti Donald Trampın regionu nəzarətdə saxlamaq üçün İraq torpağından istifadəyə dair son müdaxilə mahiyyətli sözlərinə cavab olaraq, söylənibdir.
ABŞ müdafiə nazirliyinin başçısı da bu görüşdə Trampın son sözlərindən fəərqli bir ifadədə iddia edibdir ki, İraqdakı amerikalı qüvvələrin tapşırığı İŞİD-lə mübarizə, həmçinin iraqlı qüvvələrə təlim vermək və onları gücləndirməkdən əlavə bir şey deyildir.
Ardıcıl məğlubiyyətlər və uğursuzluqlara görə, 2011-ci ildə İraq ərazisini tərk etməyə məcbur olmuş ABŞ qüvvələri İŞİD ilə mübarizə bəhanəsilə üzdəniraq beynəlxalq bir koalisiyaya başçılıq edərək, 2014-cü ildə bir daha bu ölkəyə daxil oldular.
Amerikalı hərbçilərin İraqdakı iştirakları son zamanlar bu ölkənin siyasi dairələrində mübahisəli məsələlərdən birinə çevrilibdir. İraq xalqının böyük bir hissəsi və bir çox iraqlı qruplar amerikalı hərbçilərin İraqdakı iştirakı ilə müxalifdirlər.
Amerikalı hərbçilərin İraqdan çıxmaları üzrə tələblər son həftələrdə, xüsusən Trampın yeni milad ili tətilləri zamanı elan olunmamış və qayda-qanunlardan uzaq bir şəkildə İraqın qərbindəki əl-Ənbar vilayətində yerləşən "Əynuləsəd" hava bazasına daxil olmasından sonra ikiqat artıbdır.
İraq xalqı və iraqlı müqavimət qrupları bu qənaətdədirlər ki, Amerikanın özü İraqda və regionda terrorizmin yayılmasının amilidir.