Səud koalisiyası əl-Hudəydə şəhərindəki atəşkəsi 508 dəfə pozub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i334979-səud_koalisiyası_əl_hudəydə_şəhərindəki_atəşkəsi_508_dəfə_pozub
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən 72 saat ərzində əl-Hudəydə şəhərindəki atəşkəsi 508 dəfə pozublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2019 06:38 Asia/Baku
  • koalisiyası əl-Hudəydə şəhərindəki atəşkəsi 508 dəfə pozub
    koalisiyası əl-Hudəydə şəhərindəki atəşkəsi 508 dəfə pozub

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən 72 saat ərzində əl-Hudəydə şəhərindəki atəşkəsi 508 dəfə pozublar.

Sənadan göndərilmiş heyət ilə Ərriyad heyəti arasında İsveçdə razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.

Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.

Yəmən sülh müzakirələrinin dördüncü dövrü yəmənli tərəflərin iştirakı və BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin sədrliyi ilə dekabrın altısında İsveçin Stokholm şəhərində başlandı və dekabrın 13-də tərəflərin əl-Hudəydədə atəşkəs barədə razılaşması ilə öz işini başa vurdu.

İndiyədək Yəmən savaşına son qoymaq üçün bir neçə dəfə fəaliyət göstərilib, amma hər dəfə Ərəbistanın və müttəfiqlərinin sabotajı ilə bu fəaliyyətlər dalana dirənibdir.