İraq Kürdüstanı məntəqəsinin yerli parlamentinin sədri təyin edilib
-
İraq Kürdüstanı məntəqəsinin yerli parlamentinin sədri təyin edilib
İraq Kürdüstanı məntəqəsinin yerli parlamentinin üzvləri ilk dəfə olaraq bir qadını bu parlamentin sədri seçiblər.
İraq Kürdüstanı məntəqəsinin demokratik partiyasının üzvü Vala Fərid müvəqqəti şəkildə bu məntəqə parlamentinin sədri seçilib.
İraq parlamentində İraq Kürdüstanı məntəqəsinin demokratik partiyası fraksiyasının sədri Himən Hurami bildirib ki, İraq Kürdüstanı vətənpərvərlər birliyi(UPK)-nın İraq Kürdüstanı demokratik partiyası(PDK) ilə razılaşmasınadək Vala Fərid müvəqqəti surətdə bu məntəqənin parlament sədri olacaq.
Belə bir halda, İraq Kürdüstanı vətənpərvərlər birliyinin nümayəndələri bu parlament iclasını boykot etmişdilər. Onlar İraq Kürdüstanı demokratik partiyası ilə, neftlə münbit vilayət olan Kərkük vilayətinin idarəçiliyi məsələsi daxil olmaqla çətin məsələri nəzərdən keçirmək üçün daha çox zaman istəyiblər.