Sionist hərbçilər Məsciduləqsaya basqın ediblər; on fələstinli namazqılan yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335186-sionist_hərbçilər_məsciduləqsaya_basqın_ediblər_on_fələstinli_namazqılan_yaralanıb
Sionist hərbçilər dünən gecə Məsciduləqsaya basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2019 15:37 Asia/Baku
  • Sionist hərbçilər Məsciduləqsaya basqın ediblər; on fələstinli namazqılan yaralanıb
    Sionist hərbçilər Məsciduləqsaya basqın ediblər; on fələstinli namazqılan yaralanıb

Sionist hərbçilər dünən gecə Məsciduləqsaya basqın ediblər.

Sionist hərbçilərin Məsciduləqsaya basqınında Babulrəhmə darvazasının qarşısında on fələstinli namazqılan yaralanıb, on beş nəfər də həbs olunubdur.

Məsciduləqsa, Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionizm simvolları ilə əvəz etmək istiqamətində sionist rejim hərbçilərinin və sionist qəsəbə sakinlərinin nalayiq hərkətləri məkanına çevrilibdir.

Sionist rejimin Qüds və Məsciduləqsa qarşısındakı hegemonçuluq hərəkətləri elə bir haldadır ki, BMT-nin YUNESKO təşkilatı 2016-cı ildə bir qətnamə qəbul edərək, yəhudilərin Qüdsdəki müqəddəs məkanlar, xüsusən Məsciduləqsa ilə hər cür tarixi, dini və ya mədəni bağlılıqlarını rədd etdi və bu məscidi müsəlmanlar üçün müqəddəs bir məkan adlandırdı.

Müsəlmanların ilk qibləsi olan Məsciduləqsa-ya özündə yer vermiş Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və ən mühüm üçlü müqəddəs islami məkanlardan biri sayılır.

Qüds 1967-ci ildən bəri sionist rejimin işğalı altındadır.