Fev 21, 2019 13:31 Asia/Baku
  • BMT sionist rejimin hərəkətlərini tənqid edib

BMT-nin Yaxın Şərq sülhü məsələləri üzrə nümayəndəsi sionistlərin birtərəfli hərəkətlərini tənqid edib.

BMT-nin Yaxın Şərq sülhü məsələləri üzrə nümayəndəsi Nikolay Mladenov dünən bu təşkilatın Təhlükəsizlik Şurasının Fələstin məsələsinə həsr olunmuş iclasında regionda davamlı sülh perspektivini zəif adlandırıb. Deyib ki, sionistlərin hərəkətləri sülhün dayaqlarını zəiflədəcək və fələstinlilər üçün ağır nəticələrə gətirib çıxaracaqdır.

Nikolay Mladenov qeyd edib ki, Beytulmuqəddəs şəhəri daxil olmaqla İordan çayının qərb sahili və Qəzzə zolağında siyasi, təhlükəsizlik və humanitar problemlər mövcuddur.

BMT-nin Yaxın Şərq sülhü məsələləri üzrə nümayəndəsi sonra deyib: Təəssüflər olsun ki, birtərəfli hərəkətlər, zorakılıq və təzyiqlərin davam etməsi fələstinli cəmiyyət üçün ağır nəticələr gətirəcəkdir.

Sionist rejimin fələstinlilərin əmlakını müsadirə etmək barədə çıxardığı birtərəfli qərarı tənqid edən Mladenov vurğulayıb ki, bu hadisələr Fələstin rəsmilərini və sonda hər iki tərəfin təhlükəsizliyini təhlükəyə məruz qoyacaqdır.

BMT-nin Yaxın Şərq sülhü məsələləri üzrə nümayəndəsi Qəzzəyə humanitar yardımların göndərilməsi və fələstinlilərin barışıq müzakirələrinə dəstək vacibliyini vurğulayıb. Bildirib ki, dəyişiklik üçün rəhbərlik və siyasi əzmkarlıq lazımdır.

 

Teqlər