İraqda İŞİD-in maliyyə təmini üzrə beynəlxalq dəstə dağıdılıb
İraqın kəşfiyyat təşkilatı bir məlumatda İraq tarixində terrorizmin "ən böyük maliyyə təmini dəstəsi"nin aşkar edilərək, dağıdılmasından xəbər verib.
İraqın kəşfiyyat təşkilatının məlumatına əsasən, dünyanın müxtəlif ölkələrində şəbəkə və şöbələrə şamil olan bu dəstə ofislər vasitəsilə mürəkkəb metodlarla pul toplayır və onu İŞİD-ə göndərirdi.
Bu iraqlı təşkilat dünən də kəşfiyyat zabitlərinin və baş nazirlikdə bəzi məsul şəxslərin adlarını saxtalaşdırmaqla fəaliyyət göstərmiş bir şəbəkənin üzvlərinin həbs olunmalarından xəbər vermişdi.
Son həftələrdə İŞİD-in pərakəndə ünsürlərinin fəaliyyəti amerikalı hərbçilərin İraqın Neynəva, Ələnbar və Səlahəddin vilayətlərində və İŞİD-in işğalından azad edilmiş məntəqələrdəki hərəkətlərinin artmasına dair məlumatların yaylması ilə bir zamanda çoxalıbdır.