Fələstinlilər Babulrəhmə müsəllasına daxil olublar-16 ildən sonra
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335326-fələstinlilər_babulrəhmə_müsəllasına_daxil_olublar_16_ildən_sonra
Fələstinli medialar fələstinlilərin Məsciduləqsadakı Babulrəhmə binasını açmağa müvəffəq olmalarından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2019 16:11 Asia/Baku
  • Fələstinlilər Babulrəhmə müsəllasına daxil olublar-16 ildən sonra

Fələstinli medialar fələstinlilərin Məsciduləqsadakı Babulrəhmə binasını açmağa müvəffəq olmalarından xəbər veriblər.

İşğal edilmiş Qüdsün sakinləri bu gün 2003-cü ildən bəri sionist rejim tərəfindən bağlanmış Babulrəhmə binası və müsəllasını açmağa müvəfəq olublar.

Fələstinlilər Babulrəhmə binasını açdıqdan sonra "Allahu-Əkbər!" şüarı veriblər.

Bu addım elə bir şəraitdə atılıbdır ki, müxtəlif fələstinli qrupların fələstinliləri Məsciduləqsaya doğru getmək və orada toplaşmağa çağırmalarının ardınca sionist hərbçilər işğal edilmiş Qüdsdə hazır vəziyyətə gətirilmişdilər.

Məsciduləqsanın durumu bir neçə gün bundan öncədən, sionist hərbçilərin fələstinlilərə qarşı hücumları və Məsciduləqsa-nın darvazalarından olan Babulrəhməni fələstinli namazqılanların üzünə bağlamalarından sonra gərginləşibdir.