Ərəbistanın cənubunda 9 ingilis hərbçi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335406-Ərəbistanın_cənubunda_9_ingilis_hərbçi_öldürülüb
Yəmənin Ənsarullah hərəkatı dünən gecə Ərəbistanın cənubundakı Nəcran məntəqəsində Yəmən ordusu və xalq komitələri ilə döyüşdə 9 ingilis hərbçinin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2019 05:20 Asia/Baku
  • a 9 ingilis hərbçi öldürülüb
    a 9 ingilis hərbçi öldürülüb

Yəmənin Ənsarullah hərəkatı dünən gecə Ərəbistanın cənubundakı Nəcran məntəqəsində Yəmən ordusu və xalq komitələri ilə döyüşdə 9 ingilis hərbçinin öldürülməsindən xəbər verib.

Yəmənin Ənsarullah hərəkatı bildirib ki, bu 9 ingilis hərbçi Nəcrandakı mövqelərinə doğru irəliləmələri üçün səud hərbçilərinin əməliyyatını istiqamətləndirirmiş.

Londonda çıxan “Deyli Teleqraf” qəzeti də ötən həftə Yəməndə İngiltərənin iki hərbçisinin yaralanmasından xəbər vermişdi.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.