“Qayıdış haqqı” yürüşləri şəhidlərinin sayı 267 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335410-qayıdış_haqqı_yürüşləri_şəhidlərinin_sayı_267_nəfərə_çatıb
Fələstin İnsan Haqları Mərkəzi- “Mizan” bildirib ki, “Qayıdış haqqı” yürüşlərinin Qəzzə zolağında başlanmasından bəri 267 fələstinli şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2019 07:25 Asia/Baku
  • haqqı” yürüşləri şəhidlərinin sayı 267 nəfərə çatıb
    haqqı” yürüşləri şəhidlərinin sayı 267 nəfərə çatıb

Fələstin İnsan Haqları Mərkəzi- “Mizan” bildirib ki, “Qayıdış haqqı” yürüşlərinin Qəzzə zolağında başlanmasından bəri 267 fələstinli şəhid olub.

Bu mərkəz qeyd edib ki, sionist rejim hələ üçü uşaq olmaqla on bir şəhidin cənazəsini öz ailəsinə təhvil verməyibdir.

Fələstin İnsan Haqları Mərkəzi- “Mizan”ın məlumatına görə, şəhidlərin arasında qırx uşaq, iki qadın, səkkiz əlil, üç yardımçı və iki jurnalist mövcuddur.

"Yer günü" münasibətilə 2018-ci il martın 30-dan Qəzzə zolağında başlanan dinc mahiyyətli "Qayıdış haqqı" yürüşləri davam etməkdədir. 

Bu yürüşdə sionist hərbçilərin atəşləri nəticəsində azı 27 min fələstinli yaralanıb.