Səudlar 842 dəfə “əl-Hudəydə”də atəşkəsi pozublar
Fev 24, 2019 07:26 Asia/Baku
-
842 dəfə “əl-Hudəydə”də atəşkəsi pozublar
Yəmən silahlı qüvvələrinin sözçüsü dünən gecə bildirib ki, səud təcavüzkarları və onların muzdurları ötən 72 saat ərzində əl-Hudəydə şəhərində atəşkəsi 842 dəfə pozublar.
Yəhya əl-Səri həmçinin qeyd edib ki, səud qırıcıları ötən 72 saat ərzində Yəmənin digər məntəqələrində 55 hava hücumu keçiriblər.
Sənadan göndərilmiş heyət ilə Ərriyad heyəti arasında İsveçdə razılaşdırılmış atəşkəs dekabrın 18-i səhərdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.