Həmah partlayışında 24 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335417-həmah_partlayışında_24_nəfər_ölüb
Media mənbələri Suriyanın Həmah vilayətində bir partlayış nəticəsində 24 suriyalı mülkinin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2019 13:04 Asia/Baku
  • Həmah partlayışında 24 nəfər ölüb
    Həmah partlayışında 24 nəfər ölüb

Media mənbələri Suriyanın Həmah vilayətində bir partlayış nəticəsində 24 suriyalı mülkinin öldürülməsindən xəbər veriblər.

Bu partlayış nəticəsində bir qrup sivil də yaralanıbdır. İndiyədək bu partlayış barədə artıq detallar yayılmayıbdır.

İki gün bundan öncə də Suriyanın Hələb vilayətinin Cerabulus şəhərinin yaxınlığında bomba qoyulmuş bir avtomobilin partlaması beş nəfərin həyatına son qoymuşdu.

Belə bir halda, Suriyanın ordu qüvvələri təkfirçi terrorçulara qarşı əməliyyatlarının davamında Cibhətunnusrə terrorçularının Həmah-ın şimal ətrafındakı Məərkəbə qəsəbəsində yerləşən mövqelərini hədəfə alıblar.

Bu əməliyyat nəticəsində Cibhətunnusrə terrorçularından bir qrupu ölüb, bir qrup təkfirçi də ağır şəkildə yaralanıbdır. Həmçinin terrroçulardan iri miqdarda silah aşkar və müsadirə edilibdir.