Netanyahunu qarşıda mühakimə gözləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335418-netanyahunu_qarşıda_mühakimə_gözləyir
Sionist rejimin nazirlər kabinetinin hüquqi müşaviri bu rejimin baş naziri Benyamin Netanyahunun üç korrupsiya işindən ikisinə görə, mühakimə olunacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2019 14:22 Asia/Baku
  • Netanyahunu qarşıda mühakimə gözləyir
    Netanyahunu qarşıda mühakimə gözləyir

Sionist rejimin nazirlər kabinetinin hüquqi müşaviri bu rejimin baş naziri Benyamin Netanyahunun üç korrupsiya işindən ikisinə görə, mühakimə olunacağından xəbər verib.

Sionist rejimin 13-cü telekanalının məlumatına görə, bu rejimin nazirlər kabinetinin hüquqi müşaviri Avixay Mandelblit qarşıdakı iki həftəyədək Netanyahunun korrupsiyası barədə öz qərarını elan edəcəkdir.

Mandelblit bu işlər barədə qərar çıxarmaq üçün sionistlərin ümumi fikrinin təzyiqi altındadır.

"4000 işi" adlı bir işdə Netanyahu "Bezeq" şirkətinin sahibkarına milyonlarla dollar kredit ödəməkdə ittiham olunur.

Ötən aylar ərzində sionist rejimin baş naziri Benyamin Netanyahunun nazirlər kabineti ilə müxalifətlər artıbdır. Müxtəlif partiyalar korrupsiyaya və fələstinli müqavimət qüvvələrinə uduzmasına görə, Netanyahunun kənarlaşdırılmasını istəyiblər.