Fev 24, 2019 21:40 Asia/Baku
  • İraqda İŞİD başçılarından biri öldürülüb
    İraqda İŞİD başçılarından biri öldürülüb

İraqın hərbi kəşfiyyat bölməsi bildiirib ki, iraqlı qüvvələr İŞİD başçılarından olan Əmir Nəbərdha adlı ünsürü İraqa daxil olduqdan sonra öldürüblər.

İraqın hərbi kəşfiyyat bölməsi əlavə edib: Bu İŞİD başçısı Ələnbar vilayətinə hücumlar zamanı ən çox rola malik olub və İŞİD-in ən təhlükəli terrorçularından olubdur.

Digər tərəfdən, İraqın hərbi mənbələri bildiriblər ki, Bağdad Vaşinqtona və Suriya demokratik qüvvələrinə məlumat verib ki, İŞİD-in qeyri-iraqlı ünsürlərini təhvil almayacaqdır.

Bu ünsürlər ailələri ilə birlikdə Suriya sərhədləri yaxınlığındakı Əlaqim qəsəbəsinin yaxınlığında yerləşən bir düşərgədə yerləşdirilməli və istintaq edilməldirlər.

 

Teqlər