ABŞ-ın Suriyanın "Bağuz" qəsəbəsinə kimyəvi hücumu
Amerikan koalisiyasına məxsus qırıcı-bombardmançı təyyarələr Suriyanın şərqində mühasirədə olan "Bağuz" qəsəbəsini ağ fosfor bombası ilə hədəfə alıblar.
İRNA-nın məlumatına görə, Əl-Ərəbi Əl-Cədidə informasiya portalı bildirib: Bu gün səhər Suriyanın ordu qüvvələri "Bağuz" qəsəbəsinə qarşı hərbi əməliyyatda bir qrup terrorçunu öldürüblər. Bu əməliyyatın baş tutduğu zamanda Amerikan koalisiyasının qırıcı-bombardmançı təyyarələri bu məntəqəni kimyəvi silahlar ilə hədəfə alıblar.
Bu bombardman nəticəsində Suriya ordusunun bir qrup hərbçisi ölüb və yaralanıb. Dünən də Amerikan koalisiyanın qırıcı-bombardmançı təyyarələri Bağuz qəsəbəsini hədəfə almışdılar.
Əl-Ərəbi Əl-Cədid informasiya portalı yazır: Amerikan koalisiyası bu hücumlar ilə bu məntəqənin terrorçulardan təmizlənməsinə mane olmaq və terrorçuların xüsusilə də onların başçılarının məntəqədən çıxarılmasına fürsət yaratmaq istəyir.
Bağuz qəsəbəsi Suriyanın şərqində yerləşir və İŞİD terrorçularının ölkədəki son sığınacağı sayılır. Hazırda yüzlərlə terrorçu və İŞİD-in bir qrup komandanı bu qəsəbədə mühasirədədir. Terrorçular qəsəbə sakinlərini girov götürərək, onlardan canlı divar kimi istifadə edirlər.
ABŞ ötən illərdə dəfələrlə İŞİD ilə mübarizə bəhanəsilə Suriya və İraqda mülki əhalini hədəfə alıb.