Əfqanıstanda sel nəticəsində 20 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336016-Əfqanıstanda_sel_nəticəsində_20_nəfər_həlak_olub
BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi dünən bir bəyanatda bildirib ki, Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində daşqın nəticəsində azı iyirmi nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2019 06:16 Asia/Baku
  • Əfqanıstanda sel nəticəsində 20 nəfər həlak olub
    Əfqanıstanda sel nəticəsində 20 nəfər həlak olub

BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi dünən bir bəyanatda bildirib ki, Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində daşqın nəticəsində azı iyirmi nəfər həlak olub.

BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi bildirib ki, güclü leysan yağışları və daşqın bu vilayətdə minlərlə evə və avtomobilə xəsarət vurub. O, bir neçə uşaq daxil olmaqla azı on nəfərin bu hadisədə itkin düşdüyün bildirib.

Qəndəhar valisinin müavini Əbdulhənnan Mənib bu selin dağıdıcılıq gücünün ötən yeddi ildə nadir bir hal olduğunu bildirib. Deyib ki, indiyədək 400 ailə Əfqanıstan ordusu tərəfindən xilas edilibdir.

Əfqanıstan daşqın, zəlzələ və qar uçqunu daxil olmaqla təbii hadisələrdə maksimum zərər çəkən bir ölkədir.