Mart 08, 2019 11:31 Asia/Baku
  • 24 yəmənli əsir azad edilib
    24 yəmənli əsir azad edilib

Yəmənin Ənsarullah hərəkatında əsirlər məsələləri üzrə komitənin sədri Əbdulqadir Əlmurtəza Ələbisə məntəqəsinin azad olunmasından sonra səud hərbçiləri və muzdurları tərəfindən oğurlanmış 24 yəmənlinin azad edilməsindən xəbər verib.

Həmçinin Yəmənin ordusu və xalq komitələrinin pilotsuz uçan aparat bölməsi dünən səud təcavüzkarların cinayətlərini cavablandırıb və “Qasif K2” pilotsuzu ilə səud ordusu muzdurlarının ərəbistanın Cizan şəhərindəki Əldərb bazasında yerləşən mövqelərini hədəfə alıb.

Digər tərəfdən, Yəmənin ordusu və xalq komitələri qüvvələri bu ölkənin Səədə əyalətinin Baqəm rayonunda yəmənlilərin əkin sahələri və mənzillərini atəşə tutan səud təcavüzkarların hücumlarına cavab olaraq, ərəbistanın Nəcran şəhərindəki “Ələcaşər səhrası” məntəqəsində səud muzdurlarının bir ədəd avtomobilini məhv edib və onun sərnişinlərini öldürüblər. Eyni zamanda yəmənli qüvvələr səud ordusu muzdurlarının Yəmənin Əsir şəhərinin Rəbuə məntəqəsində irəliləməyə can atmalarını nakam qoyaraq, bu muzdurların bir qrupunu məhv edib və ya yaralayıblar.

Digər tərəfdən, səud təcavüzkarları və onların muzdurları Yəmənin Əlhudəydə əyalətində yerləşən Əltəhita rayonunun müxtəlif məntəqələri və əkin sahələrini 120-dən çox mərmi ilə hədəfə alıblar.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Səud rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki hədəflərinə, o sıradan öz oyuncaq rejimlərini hakimiyyətə gətirmək məqsədlərinə çata bilməyiblər.

 

 

 

Teqlər