ABŞ bir daha Suriyada qadağan edilmiş fosfor bombalarından istifadə edib
Amerikanın komandanlığı altında olan üzdəniraq anti-İŞİD koalisiyasının qırıcıları dünən gecə Suriyanın Diyrəzzur vilayətində yerləşən Əlbağuz kəndini qadağan edilmiş fosfor bombaları ilə bombalayıblar.
Bu bombardmanda bir neçə uşaq və qadın daxil olmaqla bir qrup Suriya vətəndaşı həlak olub.
Amerikan koalisiyanın qırıcıları ötən bazaar günü də Əlbağuz kəndini qadağan edilmiş fosfor bombaları ilə bombalamışdılar.
Amerikan koalisiyanın qırıcıları indiyədək dəfələrlə Diyrəzzur vilayəti daxil olmaqla Suriyanın müxtəlif məntəqələrini qadağan edilmiş fosfor bombaları ilə hədəfə alıblar.
Suriya hökuməti dəfələrlə BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, onları ABŞ koalisiyasının Suriyadakı cinayətlərini dayandırmağa çağırıbdır.
Amerikanın komandanlığı altında olan üzdəniraq anti-İŞİD koalisiyasının İraqa və Suriyaya qarşı hücumlarına nəzarət edən “İrvares” nəzarət qrupu son zamanlar bildirib ki, 2014-cü ildən bəri amerikan koalisiyanın İraq və Suriyada keçirdiyi hava hücumlarında beş mindən çox sivil öldürülübdür.
Son illərdə Birləşmiş Ştatlar terrorçu qruplarla mübarizə bəhanəsiylə dəfələrlə Suriya və İraqdakı mülki şəxsləri hədəf alıbdır.