"Qayıdış Haqqı" yürüşünün 50-ci cüməsində bir şəhid və 50 yaralı
Mart 09, 2019 07:08 Asia/Baku
-
"Qayıdış Haqqı" yürüşünün 50-ci cüməsində bir şəhid və 50 yaralı
Fələstinin Səhiyyə Nazirliyi Qəzzə zolağında "Qayıdış Haqqı" yürüşlərinin 50-ci cüməsində bir fələstinlinin şəhid olması, 50 nəfərin də yaralanmasından xəbər verdi.
Əl-Aləm kanalı "Qayıdış Haqqı" yürüşünün 50-ci cüməsinin "Fələstinli qadın" adı altında keçirildiyini bildirdi.
İsrail hərbçiləri yürüş iştirakçılarına qarşı repressiyalarının davamında döyüş güllələri ilə yanaşı zəhərli qaz bombalarından da istifadə ediblər.
"Qayıdış Haqqı" yürüşləri 30 mart 2018-ci il tarixindən "Torpaq Günü"ndən başlayaraq hər cümə Qəzzə ilə işğal edilmiş Fələstin sərhədləri boyunca keçirilir.
"Qayıdış Haqqı" yürüşlərində indiyə kimi ümumilkdə 270 fələstinli şəhid olub. Yaralı sayının isə 27 min nəfərdən çox olduğu bildirilir.