Mart 09, 2019 13:48 Asia/Baku
  • İŞİD İraqdan 50 ton qızıl və 400 milyon dollar oğurlayıb
    İŞİD İraqdan 50 ton qızıl və 400 milyon dollar oğurlayıb

İraqın Sədr cərəyanı başçılarından biri dedi: Amerikalılar İraqda onlarla ton qızıl və yüzlərlə milyon dolların oğurlanmasında İŞİD ilə əməkdaşlıq ediblər.

Əl-Məyadin bildirir: İraqın Sədr cərəyanı başçılarından olan Hakim Zamili İŞİD-in 2014-cü ildə İraq banklarından 50 ton qızıl və 400 milyon dollar pul oğurladıqlarını deyərək, Bağdad hökumətindən oğurlanmış qızıllar və pulların ölkəyə qaytarılması üçün ABŞ-a təzyiq göstərməsini istəyib.

Suriyada İŞİD-in sonuncu bazası olan Bağuz məntəqəsinin ABŞ-ın himayəsində olan qüvvələr tərəfindən ələ keçirilməsinin ardınca İraqdan oğurlanmış qızıllar və pullar onların əlinə keçib.

Suriya İnsan Haqları Gözətçisi təşkilatının sədri Rami Əbdürrəhman da bundan öncə İŞİD terrorçularının Suriya və İraqda oğurladıqları 40 ton qızıl və yüzlərlə milyon dollar vəsaitin, ABŞ qüvvələri və Vaşinqtonun himayəsində olan kürd yaraqlılarının Bağuz məntəqəsini işğal etməsindən sonra, onların əlinə keçəcəyini bildirmişdi.

Teqlər