ABŞ və Taliblər arasındakı sülh müzakirələrində heç bir irəliləyiş yoxdur
Mart 09, 2019 18:23 Asia/Baku
-
ABŞ və Taliblər arasındakı sülh müzakirələrində heç bir irəliləyiş yoxdur
Əfqanıstan prezidentinin sözçüsü ABŞ və Taliblər arasında Qətərdə aparılan müzakirələrdə heç bir irəliləyişin əldə olunmadığını dedi.
Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Harun Çaxansuri ABŞ-ın Taliblər ilə müzakirələrdəki xüsusi nümayəndəsi Zəlmay Xəlilzadın Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə davamlı əlaqə saxladığını bildirərək, dedi: Əfqanıstan hökuməti ilə Taliblər arasında birbaşa müzakirələrin başlanmasına dair Dohada aparılan danışıqlarda hansısa irəliləyiş əldə edilməyib.