Yəmən Ənsarullah-ı təcavüzkarların cinayətlərinin davam etməsi haqda xəbərdarlıq edib
-
Yəmən Ənsarullah-ı təcavüzkarların cinayətlərinin davam etməsi haqda xəbərdarlıq edib
Yəmənin Ənsarullah hərəkatı təcavüzkarların bu ölkənin qərbindəki son cinayətlərinə toxunaraq bildirib ki, təcavüzkarlar və onların himayədarları günahsız Yəmən xalqının axıdılmış qanının əvəzini ödəyəcəklər.
Yəmənin Ənsarullah hərəkatı dünən gecə, bir bəyanatda bazar günü bu ölkənin Həccə vilayətində onlarla sivilin qətli-amına cavab olaraq deyib: Təcavüzkarların son cinayəti, həmçinin onların keçmiş cinayətləri cavabsız qalmayacaqdır.
Bəyanatda deyilir: Yəmən xalqı BMT-nin və onu tabeliyində olan heyətlərin Yəmən olayları ilə bağlı mövqelərindən narazılıq edərək, bu orqanı təcavüzkarların Yəmən xalqı qarşındakı cinyəatlərinin şəriki hesab edir.
Bazar günü səud koalisiyası qırıcılarının Yəmənin qərbindəki Həccə vilayətində yerləşən "Kuşər" rayonuna qarşı hücumunda azı otuz sivil öldürülübdür.