Netanyahunun mühakiməsi seçkilərdən sonraya saxlanıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336728-netanyahunun_mühakiməsi_seçkilərdən_sonraya_saxlanıldı
Sionist rejimin baş prokuroru bu rejimin baş naziri Benyamin Netanyahunun istintaq və mühakimə edilməsini təxirə salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2019 15:35 Asia/Baku
  • Netanyahunun mühakiməsi seçkilərdən sonraya saxlanıldı
    Netanyahunun mühakiməsi seçkilərdən sonraya saxlanıldı

Sionist rejimin baş prokuroru bu rejimin baş naziri Benyamin Netanyahunun istintaq və mühakimə edilməsini təxirə salıb.

Sionist rejimin 13-cü telekanalı xəbər verib ki, bu rejimin baş prokuroru Avixay Mandelblit Netanyahunun pozğunluq üzrə mühakiməsini knesset-ə keçiriləcək 9 aprel seçkilərindən sonraya saxlayıb.

Mandelblit son zamanlar rüşvət, fırıldaqçılıq və vətənə xəyanət ittihamları ilə Netanyahuya qarşı cinayət işi qaldırıb.

Netanyahu 1000, 2000, 3000 və 4000 adlı dörd məhkəmə işinə malikdir.