Mart 20, 2019 17:35 Asia/Baku
  • Ənsarullah sülhə nail olmaqda ciddidir

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib: Səud koalisiyasının Yəmənə qarşı təcavüzünün davam etməsinə rəğmən, Ənsarullah ədalətli sülhə nail olmaq istəyir.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi bu gün Assoşieyted-Press ilə müsahibədə milli qurtuluş dövlətinin sülhə çatmaq yolunda ciddi olduğunu qeyd edərək, əlavə edib: Təcavüzkar səud koalisiyası gücdən istifadə etməkdə davam edərsə, Yəmənin xalqı və inqilabçı qüvvələrinin qətiyyətli cavabı ilə üzləşəcəkdir.

Əlhusi milli qurtuluş dövlətinin sülhə nail olmaqdakı məqsədini Yəmənə qarşı təcavüzə son qoyulması və bu ölkədəki qıtlığın davam etməsinin qarşısının alınması adlandırıb və sülhə dəstək verən ölkələrdən istəyibdir ki, təcavüzkar səud koalisiyasını və onun müttəfiqlərini özlərinin bu yoldakı ciddiliklərini sübut etməyə vadar etsinlər.

Yəmən Ali İnqilab Komitəsinin sədri Əlhudəydə barədə söyləyib ki, Ənsarullah, qüvvələrin yerləşdirilməsinin İsveç razılaşmasına əsasən dəyişdirilməsilə razıdır, amma Əlhudəydədən təcavüzkar ölkələrin təbliğ etdikləri kimi geriçəkilmə mümkünsüzdür.

Yəmən milli qurtuluş dövlətinin nümayəndələri və Ərriyadaın tərəfdarı olan nümayəndələr BMT baş katibinin xüsusi nümyəndəsinin sədrliyi ilə 2018-ci il dekabrın 6-dan 13-dək İsveçin Stokholm şəhərində keçirilən Yəmən sülh müzakirələrinin dördüncü dövründə Əlhudəydədə atəşkəs barədə razılaşdılar.

Bu atəşkəs 2018-ci il dekabrın 18-dən icra olunmağa başlayıb, amma səud koalisiyası hər gün onu pozur.

 

 

Teqlər