ABŞ koalisiyasının Suriyanın şərqinə hücumlarında 3 min mülki həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337290-abŞ_koalisiyasının_suriyanın_şərqinə_hücumlarında_3_min_mülki_həlak_olub
Suriyanın İnsan Haqları Gözətçiləri Təşkilatı bildirib: ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü il sentyabrdan bu günədək Suriyada 924 uşaq və 656 qadını Riqqə və Deyrəzzurda qırğın edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2019 06:54 Asia/Baku
  • ABŞ koalisiyasının Suriyanın şərqinə hücumlarında 3 min mülki həlak olub

Suriyanın İnsan Haqları Gözətçiləri Təşkilatı bildirib: ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü il sentyabrdan bu günədək Suriyada 924 uşaq və 656 qadını Riqqə və Deyrəzzurda qırğın edib.

Anadolunun verdiyi məlumata görə, Suriya İnsan Haqları Gözətçiləri Təşkilatı bildirib: Amerikanın başçılıq etdiyi sözdə "İŞİD-ə qarşı koalisiya" Riqqə və Deyrəzzura hücumlarında məktəblər, məscidlər, xəstəxanalar, səhiyyə mərkəzləri, didərgin düşərgələri və yaşayış məntəqələrinə qarşı Fosforlu bombalar kimi qadağan edilmiş silahlardan istifadə edib. 

Bu hesabata görə Donald Trampın prezidentliyi dövründə Riqqə və Deyrəzzur şəhərlərində məktəb, məscid, səhiyyə mərkəzi, xəstəxana və didərgin düşərgələrindən ibarət 182 mülki obyekt bombalanıb. 

ABŞ-ın hava hücumları nəticəsində Riqqə və Deyrəzzur şəhərlərindən 560 min suriyalı mülki didərgin düşüb.