Mart 23, 2019 22:44 Asia/Baku
  • İnsan haqları gözətçiləri təşkilatı Bəhreyndə Formula-1 yarışlarına etiraz edib

İnsan haqları gözətçiləri təşkilatı Formula 1 avtomobil yarışmasını keçirənləri Bəhreyn dövlətinin öz xalqına qarşı repressiv oyunlarına girməməyə çağırıb.

Əl-Qüdsül-Ərəbi qəzetinin verdiyi məlumata görə, İnsan haqları gözətçiləri təşkilatı bu gün bir bəyanatda Formula 1 yarışlarını Bəhreyn xalqının repressiyası üzərindəki rəqabətə bənzədərək bu yarışmanın rəhbərlərindən bu ilki rəqabətləri başqa bir ölkədə keçirmələrini istəyib.

İnsan haqları gözətçiləri təşkilatının ümumdünya yeniliklər bölməsinin müdiri xanım Minik Verden bu bəyanatda bildirib ki, 2011-ci ildən bəri Bəhreyndə bərbad insan haqları durumuna etiraz edənlər Formula 1 yarışlarından öz səslərini dünyaya çatdırmaq üçün istifadə edirlər amma bu yarışmanın sonunda faciəli şəkildə repressiyaya məruz qalırlar.

İnsan haqları gözətçiləri təşkilatı dəfələrlə Formula 1 yarışlarını keçirənləri öz hüquqi öhdəliklərini yerinə yetirməyə və Bəhreyn başçılarını bu yarışların keçirilməsinə etiraz edənləri dərhal və qeyd-şərtsiz azad etməyi istəməyə çağırıb.

Bəhreynli etirazçılar Formula 1 yarışlarını "Qan yarışları" və " Bəhreyn xalqının qanı hesabına keçirilən yarışlar" adlandırır və Ali-Xəlifə rejiminin bu yarışlarda bir başa iştirakını pisləyirlər.

Bəhreyn inqilabçıları Ali-Xəlifə rejiminin bu yarışmalara dəstəyini ölkədə insan haqlarının faciləli durumunu ört-basdır etmək cəhdləri kimi qiymətləndirir.

Birləşmiş Millətlər Təşkilatı da Bəhreyndə  Formula 1 yarışları  və hərhansı digər idman tədbirinin onun insan haqları durumuna təsiri araşdırılmadan keçirilməsi barədə xəbərdarlıq etmişdi.

Teqlər