Suriya xalqı Trampın hərəkətini pisləyib
Suriya xalqı ABŞ prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımasını pisləyərək, ümumölkə aksiyası keçirib.
Tramp martın 25-də Vaşinqtonda sionist rejimin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıdı.
Suriya xalqı bu gün bu ölkənin müxtəlif məntəqələrində keçirdiyi aksiyalarda bu hərəkəti pisləyərək, bildirib ki, işğal olunmuş Qolan Suriyaya aiddir və dünyada heç bir qüdrət bu gerçəkliyi dəyişə bilməz.
Suriyanın xarici işlər nazirliyi də dünən gecə Trampın sionist rejimin Suriyanın Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımaq üzrə qanunsuz hərəkətinə reaksiyada bir bəyanat yayaraq vurğulayıb ki, Qolan yüksəkliklərinin azad edilməsi Suriyanın dəyişməz haqqıdır.