İsrail Qəzzəni vurdu; İşğalçı rejimin növbəti cinayəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337635-İsrail_qəzzəni_vurdu_İşğalçı_rejimin_növbəti_cinayəti
Fələstin müqavimətinin sionist rejimin cinayətlərinə cavab olaraq Təl-Əvivə raket zərbələri endirməsinin ardınca, işğalçı rejim ötən gecə Qəzzə zolağında onlarla yaşayış məntəqəsini hədəfə alaraq, bir neçə ev və binanı tamamilə məhv edib. Sionist rejimin hücumlarının davam etməsini nəzərə alaraq, müşahidəçilər qarşıdan gələn saatlar ərzində qarşıdurmanın daha kəskin xarakter almasını qaçılmaz hesab ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2019 14:55 Asia/Baku
  • İsrail Qəzzəni vurdu
    İsrail Qəzzəni vurdu

Fələstin müqavimətinin sionist rejimin cinayətlərinə cavab olaraq Təl-Əvivə raket zərbələri endirməsinin ardınca, işğalçı rejim ötən gecə Qəzzə zolağında onlarla yaşayış məntəqəsini hədəfə alaraq, bir neçə ev və binanı tamamilə məhv edib. Sionist rejimin hücumlarının davam etməsini nəzərə alaraq, müşahidəçilər qarşıdan gələn saatlar ərzində qarşıdurmanın daha kəskin xarakter almasını qaçılmaz hesab ediblər.

Qəzzədə qorxunc gecə. İsrail qırıcıları Qəzzə şəhərində yaşayış binaları və şəxsi evləri amansız raket hücumları ilə hədəfə alıblar. Gecənin  yarısına kimi davam edən bu hücumlar yüzlərlə fələstinlinin evsiz qalmasına səbəb oldu.

Qəzzə sakini: “Bu gördüyünüz dağıntılar təqribən 40-50 nəfərin yaşadığı binaya aiddir. İşğalçılar bu binanı raket ilə hədəfə alaraq, viran etdilər. Bir anın içində hər şey məhv oldu.”

Fələstinin müqavimət qrupları bu hücumlara dərhal cavab verərək, sionist rejimin bəzi mövqelərinə raket zərbələri endiriblər. Fələstinin müqavimət qrupları həmçinin, sionist rejimin öz hücumlarını davam etdirəcəyi təqdirdə, qarşıdurmanın daha da kəskinləşəcəyi barədə xəbərdarlıq ediblər.  

Fələstinli analitik: “Sionist rejimin Qəzzəyə olan hücumlarının davam edəcəyini düşünürəm. Bu rejim strateji əhəmiyyətli məntəqələri hədəfə alacaq. Bu da qarşıdurmanın artmasına səbəb olacaq. Sionistləri hücumları dayandırmağa məcbur edəcək yeganə şey sionistlər və onların şəhərlərinin təhlükəsizliyini təhdid etməkdir.”

İsrail rejimi həmişə olduğu kimi bu dəfə də Qəzzə də sivil məntəqələri hədəfə aldı. Və bu hücumlar hələ də davam edir. Müqavimət qüvvələri də qarşıdan gələn saatlar ərzində düşmənə möhkəm cavab verəcəklərini bildiriblər.