İraq dövləti iranlıların vizalarının pulsuz olmasını qəbul edib
İraqın nazirlər şurası İran vətəndaşlarının bu ölkəyə daxil olmaları vizasının pulsuz olmasını qəbul edibdir.
İraq baş nazirliyi ofisinin bəyanatına əsasən, bu ölkənin nazirlər şurasının iclası çərşənbə axşamı günü İraqın baş naziri Adil Əbdulməhdinin sədrliyi ilə keçirilib və bu iclasda iranlıların vizalarının pulsuz olması qəbul edilibdir.
Bundan öncə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin mart ayında İraqa rəsmi səfəri gedişində iki ölkə birgə bəyanatda 2019-cu ilin aprel ayının əvvəllərindən İraq vətəndaşları üçün vizanın pulsuz olmasının başlanmasından, sonra da İraqın bu sahədə qarşılıqlı addım atması barədə yekun razılaşmanın əldə olunmasından xəbər vermişdi.
Hər il İran ilə İraq arasında yeddi milyondan çox zəvvar və müsafir gediş-gəliş edir.