Liviya sahillərində 117 qanunsuz miqrant xilas edilib
-
Liviya sahillərində 117 qanunsuz miqrant xilas edilib
Liviyanın dəniz təhlükəsizliyi və sahil qvardiyası Əl-Xums şəhərində 117 qanunsuz miqrantın xilas edilməsindən xəbər verib.
Liviyanın dəniz təhlükəsizliyi və sahil qvardiyası bir bəyanatda bildirib ki, sahil qvardiyasının patrulları yelkənli qayığa minmiş və müxtəlif Afrika ölkələrindən olan, 84 kişi, 15 qadın və 18 uşaqdan ibarət qanunsuz mühacirləri xilas edib.
Bəyanatda sonra deyilir ki, səhiyyə və humanitar yardımlar göstərildikdən sonra bu miqrantlar Tripolidə, didərginlərin qəbulu mərkəzinə köçürülüblər.
Bu didərginlərin əksər hissəsi Afrika ölkələrinə hakim kəsilmiş əmin-amansızlıq və hərc-mərclik səbəbindən, daha yaxşı yaşayış tapmaq ümidi ilə öz ölkəsini Avropa istiqamətinə tərk edir.
Liviya, afrikalı mühacirlərin Avropaya miqrasiyası yolunda duran ən mühüm nöqtədir.