Milyonluq "Yer günü" aksiyasında 4 şəhid, 300 yaralı
-
Milyonluq "Yer günü" aksiyasında 4 şəhid, 300 yaralı
Fələstinli mənbələr milyonluq "Yer günü" aksiyasında fələstinlilərdən dörd nəfərin şəhid olması və azı 300 nəfərin yaralanmasından xəbər veriblər.
Fələstinin müxtəlif məntəqələri, o cümlədən İordan çayının qərb sahili və Qəzzə bölməsi dünən "Yer günü"nün 43-cü və "Qayıdış haqqı" aksiyasının 1-ci ildönümü günündə fələstinlilərin milyonluq aksiyasının şahidi olublar.
Sionist hərbçilər fələstinli aksiyaçıları yatırarkən hərbi güllələrdən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.
Sionist rejim 1976-cı il martın 30-da fələstinlilərin Fələstinin şimalında, Əlcəlil məntəqəsində yerləşən minlərlə hektar torpağını müsadirə etdi.
Bununla bağlı, dinc mahiyyətli "Qayıdış haqqı" yürüşləri "Yer günü" münasibətilə 2018-ci il martın 30-da başlayaraq, Qəzzə zolağında keçirilməkdədir.
2018-ci il martın 30-dan bəri bu aksiyalarda 270-dən çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək, şəhid olub və azı 27 min fələstinli də yaralanıbdır.