Əfqanıstanın 23 vilayətində daşqınlar tələfata və xəsarətlərə səbəb olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337819-Əfqanıstanın_23_vilayətində_daşqınlar_tələfata_və_xəsarətlərə_səbəb_olub
Əfqanıstanın 23 vilayətində leysan yağışları və daşqınlar böyük tələfata və xəsarətlərə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 08:41 Asia/Baku
  • Əfqanıstanın 23 vilayətində daşqınlar tələfata və xəsarətlərə səbəb olub
    Əfqanıstanın 23 vilayətində daşqınlar tələfata və xəsarətlərə səbəb olub

Əfqanıstanın 23 vilayətində leysan yağışları və daşqınlar böyük tələfata və xəsarətlərə səbəb olub.

Hərat, Badğis, Faryab, Cozcan, Sərepol və Təlx vilayətləri daxil olmaqla Əfqanıstanın əksər vilayətlərində ötən həftənin sonlarından başlanaraq, cümə gününədək davam edən sel və daşqınlar onlarla nəfərin həyatına son qoyub. Digər onlarla nəfər də yaralanıb və ya itkin düşübdür.

Bu daşqınlar nəticəsində minlərlə hektar torpağa, onlarla körpüyə, minlərlə mənzilə xəsarət dəyib. Yüzlərlə mənzil də dağılıbdır.

Əfqanıstanın milli vəhdət dövlətinin icra başçısı Abdullah Abdullah seldən zərərçəkənlərin kədəri ilə bölüşüb. O, xalqdan və dövlət orqanlarından seldən zərərçəkənlərin yardımına çatmalarını istəyib.