ABŞ hərbçiləri Suriyada qalmaqda davam edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337830-abŞ_hərbçiləri_suriyada_qalmaqda_davam_edirlər
ABŞ prezidentinin vədlərinin əksinə olaraq, bu ölkənin müdafiə nazirliyi- Pentaqon amerikalı hərbçilərin Suriyadakı iştiraklarının davam edəcəyindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2019 16:24 Asia/Baku
  • ABŞ hərbçiləri Suriyada qalmaqda davam edirlər
    ABŞ hərbçiləri Suriyada qalmaqda davam edirlər

ABŞ prezidentinin vədlərinin əksinə olaraq, bu ölkənin müdafiə nazirliyi- Pentaqon amerikalı hərbçilərin Suriyadakı iştiraklarının davam edəcəyindən xəbər verib.

Nyu-York Tayms qəzeti yazıb: ABŞ prezidenti Donald Trampın bu ölkənin bütün hərbçilərinin Suriyadan çıxmaları barədəki öncəki vədlərinin əksinə olaraq, Pentaqon başçıları bu ölkənin min hərbçisini Suriyada saxlamaq fikrindədirlər.

Tramp 2018-ci ildə amerikalı hərbçilərin İŞİD-in məğlub edilməsi üzrə iddia olunan tapşırığının başa çatdığını elan edərək, onları Suriyadan çıxarmaq niyyətindən xəbər vermişdi.