Fələstinlilərin qəsbkarlar qarşısındakı müqaviməti davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337958-fələstinlilərin_qəsbkarlar_qarşısındakı_müqaviməti_davam_edir
Fələstinlilər israr edirlər ki, qəsbkarlar qarşısında müqavimət göstərərək, öz talelərini əllərinə alacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2019 12:07 Asia/Baku
  • Fələstinlilərin qəsbkarlar qarşısındakı müqaviməti davam edir
    Fələstinlilərin qəsbkarlar qarşısındakı müqaviməti davam edir

Fələstinlilər israr edirlər ki, qəsbkarlar qarşısında müqavimət göstərərək, öz talelərini əllərinə alacaqlar.

Böyük qayıdış yürüşlərindən bir il ötür. Bu dinc hərəkət hər dəfə sionist hərbçilərin zorakılıqları ilə qəddarlıqla yatırılıbdır. Sionistlər fələstinlilərin iradəsini qırmaq üçün indiyədək 208 fələstinlini şəhid edib, minlərlə nəfəri yaralayıblar ki, 1200-dən çox yaralının vəziyyəti ağırdır və onların bəzilərinin bədən üzvləri kəsilibdir.

Müsahibə(kişi): Son yürüşlərdə 316 nəfər yaralanıb və dörd nəfər də şəhid olubdur. Şəhidlərin üçünün yaşı 18-dən aşağı olubdur. Bu arada yardımçılar və jurnalistlərdən bir neçə nəfər də yaralanıbdır. Yaralılardan on nəfərin vəziyyəti yaxşı deyil. Onlar reanimasiya və intensiv terapiya bölməsində saxlanılırlar.

Fələstin xalqı bildiribdir ki, uşaqqıran sionist rejimin vəhşiliklərinə rəğmən, qayıdış yürüşlərini davam etdirəcək. Zira ərəb ölkələri on iki ildir ki, Qəzzə zolağının mühasirəsinin şahididirlər. Onlar nəinki etiraz etmirlər, əksinə Fələstin xalqının haqqını aradan götürmək üçün fitnəkarlıqla məşğuldurlar. Amma bilməlidirlər ki, fələstinlilər hətta bir an da olmuş-olsa belə, onların qayıdış haqlarının görməməzliyə vurulmasına icazə verməyəcəklər.

Müsahibə(kişi): Fələstin xalqı Qəzzənin mühasirəsinin sonunadək Qayıdış yürüşünü davam etdirəcək. Və sionist rejimin dəhşətli silah və təchizatlardan istifadə etməsi bizim öz diyarımıza olan marağımızı azalda bilməz.

Müsahibə(kişi): Qəzzə zolağı yeni dəyişikliklər ərəfəsindədir. Amma bu məntəqənin taleyini təyin edən məsələ, siyasi elita və xalqın iradəsi, müqavimət və meydan vəziyyətidir.

Reportyor: Fələstinlilər israr edirlər ki, işğalçılar qarşısında müqavimət göstərməkdə davam etsin və öz talelərini ələ alsınlar.