Əmirliklər Yəməndə hərbi baza tikir
Sosial şəbəkələrdə Yəmənin Soqotra adasındakı yerli mənbələrdən yayılan təsvirlər göstərilir. Bu təsvirlərdə əmirliklərin hərbçiləri adada xüsusi bir liman təsis etməkdədirlər.
Ədən körfəzi ilə Hind okeanı arasındakı Soqotra adası Somali sahillərinin yaxınlığında yerləşir. Bu ada əmirliklərin qüvvələri tərəfindən işğal edilməzdən öncə Yəmənin istefa vermiş hökumətinə sadiq qalan qüvvələrin və onun müttəfiqi olan ərəbistan rejimi qüvvələrinin nəzarəti altında idi.
Əmirliklərin qüvvələri nəzarət kameraları ilə təchiz olunmuş çoxlu sayda hasarlar yaradaraq, bu ölkə ordusunun fərmanı altında və xarici milliyyətlərdən olan gözətçiləri də işə götürüblər.
Əmirliklərin qüvvələri Soqotranın yerli rəsmilərinin tabeliyində olan "Hulaf" hökumət limanındakı məhdudiyyətlərə rəğmən, xüsusi bir liman təsis etmək niyyətindədirlər.
Əmirliklər səud koalisiyasında iştirak formasında elə bir halda Soqotra adasına daxil olubdur ki, bu ada savaş və toqquşma məntəqələrindən olmayıbdır.