İraq hökuməti: İran vətəndaşları üçün pulsuz vizanın verilməsi icra mərhələsinə daxil olub
-
İraq hökuməti: İran vətəndaşları üçün pulsuz vizanın verilməsi icra mərhələsinə daxil olub
İraq hökuməti Tehranın bu sahədə atdığı qarşılıqlı addıma görə, İran vətəndaşlarına pulsuz viza verməyə başlayıb.
İraqın nazirlər şurasının katibliyi bu gün bir bəyanat yayaraq bildirib ki, Tehranın 2019-cu il aprelin birindən qarşılıqlı addım atmasına görə, Bağdad İran vətəndaşlarına pulsuz vizanın verilməsilə razılaşıbdır.
İranın Bağdaddakı səfirliyi də dünən İrana səfər etmək niyyətində olan İraq vətəndaşlarına pulsuz vizanın verilməsindən xəbər verdi.
İranın Bağdaddakı səfirliyinin bildirdiyinə əsasən, iraqlılar üçün bütün vizalar pulsuz olacaq və bu sahədə heç bir digər pul alınmayacaqdır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin İraqa son səfərində Bağdad və Tehran rəsmiləri iki ölkənin vətəndaşları üçün vizanın verilməsini pulsuz elan etdilər.