Apr 04, 2019 11:06 Asia/Baku
  • Fələstinli gənc şəhid oldu; Qəzzə zolağında
    Fələstinli gənc şəhid oldu; Qəzzə zolağında

İsrail hərbçilərinin atəş açması nəticəsində Qəzzə sərhədlərində bir fələstinli gənc şəhid oldu.

Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, İsrail hərbçilərinin cümə axşamı səhər saatlarında Qəzzə ilə işğal altında olan Fələstin ərazilərinin sərhəd məntəqəsində fələstinli gənclərə hücum etməsi zamanı iki nəfər də yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. 

İsrail ordusunun bir ədəd pilotsuz uçan aparatı (PUA) da çərşənbə günü Zeytun məhəlləsinin şərqində bir qrup fələstinlini hədəfə alıb. Amma, bu hücumda xəsarət alan olmayıb. 

İsrail ordusu ötən günlərdə Qəzzə sakinlərinə qarşı hücumlarını xeyli artırıb. 

Teqlər