Apr 08, 2019 11:46 Asia/Baku
  • Səud rejiminin Sənaya qarşı hava hücumlarında tələfat artıb
    Səud rejiminin Sənaya qarşı hava hücumlarında tələfat artıb

Səud rejiminin Yəmənin paytaxtı Sənanın Səəvan məntəqəsinə qarşı hava hücumlarında şəhid olanların və yaralıların sayı yüz nəfəri ötüb keçibdir.

Səud qırıcıları Yəmən paytaxtının Səəvan məntəqəsinin yaşayış massivlərini bir neçə növbədə bombardman ediblər ki, bu da yüzdən çox yəmənlinin şəhid olması və yaralanması ilə nəticələnibdir.

Yəmənin səhiyyə naziri Taha Əlmutəvəkkil deyib: Şəhidlərin sayı on üçə çatıb və onların əksər hissəsi qız və oğlan məktəblərinin şagirdləridir.

Taha Əlmutəvəkkil əlavə edib: 92 nəfər də yaralanıbdır ki, onların əksər hissəsini qadınlar və uşaqlar təşkil edir. Bu cinayət sözün əsl mənasında hərbi cinayətdir.

Yəmənin təlim və tərbiyə naziri Yəhya Bədrəddin Əlhusi də bir müsahibədə deyib: Səud koalisiyası bu məhəlləni hədəfə alıb. Belə bir halda, bu yaşayış massivində dövlət və özəl məktəblər mövcuddur. Bildiyiniz kimi, Yəmənə təcavüz, bütün Yəmən övladlarına qarşı edilən bir təcavüzdür.

Yəmən silhalı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səri də müxbirlər qarşısında deyib: Bu cinayət səud təcavüzkarlarının törətdikləri ilk cinayət deyildir. Təcavüzkarlar bundan qabaq da məktəblilərə və mülkilərə qarşı cinayətlər törətmişdilər.

Digər tərəfdən, Yəmən Ali İnqilab Şurasının sədri Muhəmməd Əli Əlhusi Amerika, İngiltərə, səud rejimi, əmirliklkər və onların müttəfiqlərinin cinayətləri barədə təhqiqatın aparılması üçün müstəqil beynəlxalq bir komitənin təşkilini istəyib.

Yəmən Ali İnqilab Şurasının sədri deyib: Yəmən xalqını hədəfə almaq və uşaqları öldürmək, təcavüzkar ölkələrin cinayətkar düşüncə və rəftarlarını təsvirə çəkir. Bu cinayət, səud koalisiyasının ötən dörd il ərzində törətdiyi cinayətlərdə minlərlə Yəmən vətəndaşının qurban edilməsini yada salır.

 

 

 

Teqlər